İyulun 15-də Brüsseldə keçirilən görüşdə Azərbaycan və Ermənistan Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıdığını və bunun əsasında sərhədlərin delimitasiyası və demarkasiyasını keçirmək niyyətini təsdiqləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda delimitasiyanın kartoqrafik əsasları dəqiqləşdiriləcək.