"Azərbaycan Ermənistanla sərhəddə və Qarabağ ətrafında qoşunlarını cəmləşdirib".

İqtisadiyyat.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuata açıqlamasında deyib. 

"Əslində mən Putinlə bu yaxınlarda danışmışam. 2022-ci ilin dekabr ayından bəri azı 10 dəfə Putinlə söhbətim olub. Sonuncu danışığımda da mövcuz vəziyyəti izah etdim, təəssüf ki, heç bir dəyişiklik olmadı. Bu səbəbdən də axırıncı dəfə İran, Gürcüstan, Türkiyə, Fransa, Almaniya və ABŞ liderləri ilə danışıqlar apardım", - Paşinyan qeyd edib.