"2020-ci ildə biz Ukraynaya səfər etmədik, Roma Əsasnaməsini ratifikasiya etmədik, ABŞ ilə hərbi təlimlər keçirmədik, lakin bu, müharibəyə mane olmadı".

İqtisadiyyat.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuata açıqlamasında deyib. 

"Roma Əsasnaməsinin ratifikasiyası Rusiyaya qarşı deyil, bu, Azərbaycanla münasibətlərlə bağlı atılan addımdır", - Paşinyan qeyd edib.