Parisdə yerləşən Notr-Dam kilsəsi bu ilin sonunda qapılarını ziyarətçilər üçün açacaq.

İqtisadiyyat.az Fransa mətbuatına istinadən xəbər verir ki, paytaxt Parisdə 800 illik tarixi irsin bərpası işləri son mərhələyə çatıb.

Məlumata görə, katedral bu ilin dekabrın 8-dən etibarən ibadət və ziyarətə açıq olacaq.

Qeyd edək ki, Fransada Xristianlığın simvolu olaraq görülən, təməli 1163-cü ildə qoyulan və tamamlanması 300 il davam edən Katedralda 15 aprel 2019-cu ildə yanğın baş verib.

Qısa müddətdə alova bürünən 857 illik tarixi olan Baş Katedralin 96 metr hündürlüyündəki qüllələrindən biri və damı tamamilə uçub, binaya ciddi ziyan dəyib.

Katedralin bərpası üçün dünyanın hər yerindən rekord məbləğdə - 844 milyon avro ianə toplanıb.

 

Sadiq Cavadov