Papa Fransisk Yaxın Şərqdə atəşkəs, Qəzza zolağında humanitar yardım və girovların azad edilməsinə çağırıb.

İqtisadiyyat.az xəbər verir ki, o, bu barədə Müqəddəs Pyotr meydanında ənənəvi bazar günü xütbəsindən sonra çıxış edərək deyib.

"Atəşi kəsin! Qardaşlar, dayanın. Müharibə məğlubiyyətdir, həmişə məğlubiyyətdir. Qəzza zolağında humanitar yardıma zəmanət vermək və bütün girovları azad etmək lazımdır", - Papa bildirib.