"Mühacirlərin istismarı cinayətdir".

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, bu sözləri ötən həftə İtaliya sahillərində batan miqrant qayığında 41 nəfərin həyatını itirməsinə münasibət bildirən Katolik Kilsəsinin lideri Papa Fransisk deyib.

Onun sözlərinə görə, Aralıq dənizi yavaş-yavaş qəbiristanlığa çevrilir və bunun qarşısını almaq üçün dünya ölkələri həmrəylik nümayiş etdirməlidir. 

Qeyd edək ki, bu il Aralıq dənizi xəttindən istifadə edərək Avropaya çatmağa çalışan 2 minə yaxın immiqrant həyatını itirib. Birləşmiş Millətlər Təşkilatına bağlı olan Beynəlxalq Miqrasiya Təşkilatı isə Aralıq dənizini ən ölümcül miqrasiya marşrutu adlandırıb. 

Gülşən Şərif