Pakistanın müdafiə naziri Pervez Xattaq Azərbaycan ilə Pakistan arasında hərbi əlaqələrin yüksək səviyyədə olduğunu, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ölkəmizlə hərbi əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb.

Müdafiə Nazirliyindən İqtisadiyyat.az-a verilən xəbərə görə, dövlətlərimizin həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində bütün məsələlərdə qarşılıqlı dəstək göstərdiyini qeyd edən nazir ölkələrimizin yerləşdiyi bölgələrdə yaranmış vəziyyət və yeni çağırışların hərbi əməkdaşlığımızın möhkəmləndirilməsini zəruri etdiyini diqqətə çatdırıb.