İslamabad məhkəməsi siyasətçinin vəkilinin tələbi ilə Pakistanın keçmiş baş naziri Nəvaz Şərifin əvvəllər həbs edilmiş daşınar və daşınmaz əmlakının dondurulması barədə qərar qəbul edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.

Məlumata görə, sənəddə 2020-ci il oktyabrın 1-dən 2021-ci il aprelin 22-dək məhkəmə qərarlarının qəbulu zamanı bir sıra qanun pozuntuları, xüsusən də əmlakın üzərinə həbs qoyulması üçün səbəb və üsulların olmaması göstərilir. Buraya qeydiyyatdan keçmiş dörd şirkətdəki aktivlər, üçü xarici valyutada olan səkkiz hesab, həmçinin bir Land Cruiser və iki Mercedes avtomobili daxildir. Müsadirə edilənlərin siyahısına iki traktor, Şərif ailəsinin Muri və Çanqla Qali şəhərlərində, dağ kurortunda yerləşən torpaq sahələri, Şexupura və Lahorda kanalları olan kənd təsərrüfatı torpaqları da daxildir.

2018-ci ildə Şərif korrupsiya ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2019-cu ilin oktyabrında İslamabad Ali Məhkəməsi onu humanitar əsaslarla zaminə buraxıb, bundan sonra İmran Xanın rəhbərlik etdiyi hökumət ona müalicə üçün səkkiz həftəlik Londona getməsinə icazə verib. Lakin Şərif bu müddətdən sonra Pakistana qayıtmaqdan imtina edib. Bununla bağlı onun xarici pasportunun müddəti uzadılmayıb və eks-baş nazir özünü Böyük Britaniyada mühacirətdə tapıb.

Oktyabrın 21-də Şərif partiyasının fevralda keçiriləcək parlament seçkiləri ilə bağlı kampaniyasına rəhbərlik etmək üçün Londondan vətənə qayıdıb.