Pakistanın şimalında yerləşən Gilgit-Baltistan bölgəsində sərnişin avtobusuna silahlı hücum nəticəsində azı 11 nəfər ölüb, 25 nəfər yaralanıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.

Diamer yerli özünüidarə orqanın başçısının müavini Arif Əhmədin sözlərinə görə, hadisə dekabrın 2-də Çilas şəhəri ərazisində baş verib. Naməlum şəxslərin əks istiqamətdə hərəkət edən sərnişin avtobusu və yük maşınına atəş açması iki avtomobilin toqquşmasına səbəb olub. Avtobusu müşayiət edən Pakistan ordusunun əsgərləri də atəşə tutulub. Ölənlər arasında 9 mülki şəxs də var.

Ölkədə fəaliyyət göstərən terror qruplarından heç biri hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.