Pakistanın cənub-qərbindəki Bəlucistanda silahlıların hücumu nəticəsində 11 nəfər həlak olub.

Bu barədə İqtisadiyyat.az "News" portalına istinadən xəbər verir.

Məlumata görə, silahlılar maşınları yoxlamağa başlayıb, dayanmayanlara atəş açıb. Atılan atəş nəticəsində avtomobillərdən biri aşıb.

Yaraqlılar işçiləri daşıyan sərnişin avtobusunu da saxlayıb və 9 nəfəri qaçırıb.

 

Gözəl Həşimova