Pakistanın Navabşah şəhəri yaxınlığında sərnişin qatarının relsdən çıxması nəticəsində 30 nəfər ölüb, 90-dan çox insan yaralanıb.

İqtisadiyyat.az “Geo News”a istinadən xəbər verir ki, Kəraçidən Ravalpindiyə gedən "Hazara Expressi" sərnişin qatarının 10 vaqonu relsdən çıxıb.

Qəzanın texniki nasazlıq və ya təxribat nəticəsində baş verə biləcəyi iddia edilir. Qəza zamanı qatarda neçə nəfərin olduğu barədə məlumat verilməyib.

 

Gözəl Həşimova