Pakistanın cənub-qərbindəki Lasbela bölgəsində sərnişin avtobusu qəzaya uğrayıb.

İqtisadiyyat.az xəbər verir ki, hadisə nəticəsində 17 nəfər ölüb, 41 nəfər yaralanıb.

Hadisənin səbəbi kimi avtobusun böyük çökəkliyə düşməsi göstərilir.

Yaralılar xəstəxanaya yerləşdirilib. (Report)