İslamabad Beynəlxalq Hava Limanından Qəzzaya ikinci humanitar yardım göndərilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Məlumata görə, təmizlik vasitələri, dərmanlar və ərzaq paketləri də daxil olmaqla 90 ton humanitar yardım şəxsi təyyarə ilə göndərilib.

Xatırladaq ki, Pakistan oktyabrın 19-da Qəzzaya 100 ton humanitar yardım göndərib.

 

Gözəl Həşimova