Pakistan hakimiyyəti buğda idxalını qadağan etmək qərarına gəlib.

Bu barədə İqtisadiyyat.az “The Nation” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, bu qərar kifayət qədər taxıl ehtiyatı olmaması və unun qiymətinin sabit saxlanılması məqsədilə qəbul edilib.

Qeyd edək ki, Pakistan Türkiyə, Misir, Banqladeş və Əlcəzairlə birlikdə Rusiyadan buğda idxal edən ilk 5 ölkədən biridir.

Xatırladaq ki, ötən il Azərbaycana 303,9 milyon ABŞ dolları dəyərində 1 milyon 175 min ton buğda idxal edilib.

 

Gözəl Həşimova