Özbəkistanda Ramazan bayramı münasibətilə 426 məhbus əfv edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Şavkat Mirziyoyev “törətdiyi cinayətə görə peşman olan məhbusların Ramazan bayramı münasibətilə əfv edilməsi haqqında” fərmanı imzalayıb.

Sərəncama əsasən, 426 məhkumun faydalanacağı amnistiya çərçivəsində 335 məhkum azadlığa buraxılacaq, 91 məhkumun cəza müddəti qısaldılacaq.

Əfv olunan məhbusların 5-i qeyri-qanuni təşkilatın üzvü, 13-ü 60 yaşdan yuxarı, 50-si qadın və 11-i xarici ölkə vətəndaşıdır.

Qeyd edək ki, Prezident Mirziyoyevin ötən il Ramazan bayramı ilə bağlı imzaladığı fərmanla ölkədə 541 məhbus əfv edilib.