Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və İtaliya Prezidenti Sercio Mattarella iki ölkə arasında strateji tərəfdaşlıq və çoxşaxəli əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi məqsədi ilə birgə bəyanat qəbul ediblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüşdə təhsil, elm, texnologiya, idman sahələrində əməkdaşlıq haqqında sazişlər, o cümlədən diplomatik pasport sahiblərinin viza prosedurlarından azad edilməsi haqqında hökumətlərarası saziş də imzalanıb.

Qeyd edək ki, İtaliya lideri noyabrın 9-dan 11-dək Özbəkistanda rəsmi səfərdədir.

 

Gözəl Həşimova