Özbəkistan Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma “prezident seçkiləri”ni tanımır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi bildirib.

“Özbəkistan dost Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir, eyni zamanda onun daxili işlərinə hər hansı müdaxiləni pisləyir”, - Nazirliyin bəyanatında deyilir.

 

Gözəl Həşimova