Özbəkistan prezidenti Şavkat Mirziyoyev MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak edəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şənbə günü dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

"Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Müstəqil Dövlətlər Birliyinin dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın 26-27-də Sankt-Peterburq şəhərində işgüzar səfərdə olacaq", - məlumatda deyilir.

Mətbuat xidməti qeyd edib ki, tədbir iştirakçıları MDB çərçivəsində çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsinin aktual məsələlərini müzakirə edəcəklər.