Özbəkistanda ictimai yerlərdə üzü gizlədən və şəxsiyyətin müəyyənləşdirilməsinə mane olan geyimlərdən istifadə qadağan edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Özbəkistan Ali Məclisinin qanunvericilik (aşağı) palatası qərarı təsiqləyib.

Qadağanın pozulması intizam tənbehi ilə nəticələnəcək. Qadağaya tibbi diaqnoz və ya reseptə görə üzü gizlədən, həmçinin əmək və rəsmi fəaliyyətlə bağlı geyimlər daxil deyil.

 

Gözəl Həşimova