"2024-cü ildə Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik edəcək Rusiya ərzaq və enerji təhlükəsizliyinə üstünlük verəcək".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk MDB İqtisadi Şurasının iclasında deyib.

Onun sözlərinə görə, Rusiya tələbə və müəllim mübadiləsinin gücləndirilməsinə də kömək edəcək:

“Biz Birlik tərəfdaşlarımızın diqqətinə çatdırdıq ki, Rusiya ilk növbədə enerji və ərzaq təhlükəsizliyi kimi sahələrə üstünlük verəcək. İşimizi Avrasiya regionunda nəqliyyat və logistika əlaqələrinin gücləndirilməsinə, Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafına həsr edəcəyik”.

 

Gözəl Həşimova