2023-cü ildə turistlərin ən çox ziyarət etdiyi şəhərlərin siyahısı açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Euromonitor International" məlumat yayıb.

Araşdırmalara görə, bu siyahıya 20,2 milyon turist ilə İstanbul liderlik edir:

 

Şəhər

Turist sayı

İstanbul

20,2 milyon nəfər

London

18,8 milyon nəfər

Dubay

16,8 milyon nəfər

Antalya

16,5 milyon nəfər

Paris

15,5 milyon nəfər

Honq-Konq

14,7 milyon nəfər

Banqkok

12,2 milyon nəfər

Nyu-York

11,7 milyon  nəfər

 

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycana 174 ölkədən 726,4 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 38,9 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

 

Gözəl Həşimova