2023-cü ildə Rusiya "dost ölkələrə" 76 milyard kubmetr qaz tədarük edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının energetika nazirinin birinci müavini Pavel Sorokin Enerji Günü çərçivəsində Rusiya sərgi-forumunda çıxışı zamanı bildirib.

Qeyd edilib ki, ötən il "Sibirin gücü" vasitəsilə təkcə Çinə 23 milyard kubmetr neft göndərilib. 2020-ci ildə "dost ölkələrə" ixrac 61 milyard kubmetr, 2010-cu ildə 47 milyard kubmetr təşkil edib.

Rusiyada 2023-cü ildə 32 milyon ton, 2020-ci ildə 30 milyon ton, 2010-cu ildə isə 10 milyon ton mayeləşdirilmiş təbii qaz (LNG) hasil edilib. "Rosstat"ın məlumatlarına görə, 2022-ci ildə Rusiya Federasiyasında HBG istehsalı 32,5 milyon ton təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 8,1% çoxdur.