Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində 2023-cü ildə sığortalı fermer və təsərrüfatlara dəyən zərərlər üzrə böyük məbləğdə sığorta ödənişləri edilib. 

Aqrar Sığorta Fondundan İqtisadiyyat.az-a verilən məlumatına görə, il ərzində müxtəlif hadisələrdən zərər görmüş sığortalı fermer və təsərrüfatlara 4,4 milyon manat sığorta ödənişləri edilib. 

Qeyd edilib ki, 2023-cü il Azərbaycanda hava şəraitinin kəskin dəyişməsi, çoxsaylı yığıntılar və sel-subasmalarla yadda qaldı. Bu hadisələr sığorta hadisələrinin sayına və sığorta ödənişlərinin məbləğinə də təsir göstərib. 

Nəticədə 2023-ci ildə sığorta ödənişləri 4 milyon 406 min manat təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 2 milyon manat və ya 80% artıqdır.