Ötən il 20 vəkilə töhmət verilib, 9 nəfərin vəkillik fəaliyyəti dayandırılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2023-cü il üzrə fəaliyyəti barədə hesabatda bildirilib.

Hesabat ili ərzində Vəkillərin İntizam Komissiyasında qəbul edilən rəylər üzrə Rəyasət Heyəti tərəfindən 217 qərar çıxarılıb.

Belə ki, 33 (15%) intizam tənbehi tətbiq edilmədən xəbərdarlıq, 21 (10%) irad, 20 (9%) töhmət, 80 (37 %) pozuntu müəyyən olunmadığına, şikayət geri götürüldüyünə görə və s. əsaslarla intizam icraatına xitam vermə, 46 (21%) qiymət verilməsinin mümkün olmaması, 9 (4%) vəkillik fəaliyyətinin müəyyən müddətə dayandırılması, 8 (4%) iş üzrə üzvlükdən xaric olunma ilə əlaqədar məhkəməyə müraciət edilmə ilə bağlı qərar çıxarılıb.