Ötən gün Azərbaycanda yol qəzalarında 4 nəfər ölüb.

Bu barədə İqtisadiyyat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 15-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 4 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.