Qəzza zolağında baş verən kütləvi qıtlıq zorakılığın artmasına və münaqişənin uzanmasına səbəb olacaq. 

İqtisadiyyat.az xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Lloyd Ostin deyib.

"Bu aclıq zorakılığın artmasına və uzunmüddətli münaqişəyə səbəb olacaq", Ostin qeyd edib. 

Belə ki, o, ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə Fələstin anklavındakı vəziyyəti şərh edib: "Bu baş verməməlidir. Biz mümkün olan hər şeyi etməyə davam etməliyik və bunu edirik ki, İsraili humanitar yardım göstərməyə sövq edək".