Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Beynəlxalq İnkişaf Fondu Liviyaya 500 min dollar ayırıb.

Bu barədə İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir.

Məlumata görə, fond ölkənin şimal-şərqində daşqınlardan zərər çəkmiş Derna əyalətində yardım və yenidənqurma səylərini dəstəkləmək üçün təcili qrant ayırıb.

Qeyd edək ki, ölkə OPEC fondunun təsisçi üzvüdür və fövqəladə qrantlar istisna olmaqla, onun dəstəyini almaq hüququna malik deyil.

 

Gözəl Həşimova