"Qlobal neft tələbi 2024-cü ildə gündəlik 2,25 milyon barel, gələn il isə 1,85 milyon barel artacaq".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə məlumat OPEC-in aylıq hesabatında yer alıb.

Beləliklə, təşkilat 2023-cü ilin iyul hesabatında bu il üçün tələb artımı təxminlərini yenidən təsdiqləyib. Ötən ay dərc edilən 2025-ci il proqnozu da dəyişməz qalıb.

Alyansın analitikləri tələb təxminlərini 2023-cü ildə sutkada 50,000 barel artımla 102,16 milyon barelə, 2024 və 2025-ci illərdə isə 40,000 barel artıraraq, müvafiq olaraq sutkada 104,4 və 106,25 milyon barelə çatdırıblar.

2024-cü ilin birinci rübündə neftə tələbatın təxminləri sutkada 103,32 milyon barel səviyyəsində qalıb, ikinci və üçüncü rüblərdə gündəlik 10 min barrel azalaraq 103,91 milyon barel, dördüncü rübdə isə 180 min barel kəskin artıb.