Azərbaycanda bu ilin yanvar-iyun aylarında 1744 ədəd və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 687 ədəd çox minik avtomobili istehsal olunub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Hesabat dövründə traktorların istehsalı 40,5% artıb. Eyni zamanda, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində bu ilin yanvar-iyun aylarında 342,3 milyon manatlıq məhsul istehsal edilib.

 

Gözəl Həşimova