Ötən il Azərbaycana 390,1 milyon ABŞ dolları dəyərində dənli bitkilər idxal edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə edilən məlumata görə, 2022-ci illə müqayisədə ölkəyə idxal edilən dənli bitkilərin dəyəri 126,1 milyon dollar və ya 24,4 % artıb.

Əlavə edək ki, bu dövrdə ölkəyə 303,9 milyon ABŞ dolları dəyərində 1,1 milyon ton buğda idxal edilib.

 

Gözəl Həşimova