Azərbaycandan bu ilin yanvar-sentyabr aylarında 151,1 milyon ABŞ dolları məbləğində 57,4 min ton alüminium ixrac edilib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 7,3 milyon dollar az, həcm baxımından isə 30,6% çoxdur.

Hesabat dövründə alüminium ixracı ölkənin ümumi ixracının 0,57%-ni təşkil edib.

 

Gözəl Həşimova