“Bu günə qədər 500 mindən çox vaksin vurulub”. 

Bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib. 

O bildirib ki, vaksinasiya prosesi üaydalara uyğun şəkildə aparılıb:

“Növbəti həftədən etibarən 40 yaş qrupuna olan insanların vaksinasiyasına başlanılacaq”.