Dövlət İmtahan Mərkəzi Ədliyyə Nazirliyi ilə birgə sentyabrın 30-da notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən namizədlər üçün test imtahanı keçirib.

Bu barədə İqtisadiyyat.az-a DİM-dən bildirilib.

İmtahanda iştirak etmək üçün 135 namizəd qeydiyyatdan keçib. 9 namizəd imtahana gəlməyib. 48 namizəd müsabiqə şərtini ödəyərək ikinci mərhələyə – müsahibəyə buraxılıb.