Norveçin "Kongsberg Defence & Aerospace" şirkəti Ukraynanı 740 milyon Norveç kronu (70,5 milyon dollar) dəyərində "Cortex Typhon C-UAS" dron əleyhinə sistemlərlə təmin edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Norveç hökumətindən bildirilib.

"Kongsberg Defence & Aerospace" Ukraynaya yeni anti-dron sistemlərinin tədarükü üçün 740 milyon Norveç kronu dəyərində müqavilə imzalayıb", - hökumətin saytında yerləşdirilən bəyanatda deyilir.

Norveç hökumətinin məlumatına görə, "Cortex Typhon C-UAS" sistemlərinin alınması Böyük Britaniyanın rəhbərlik etdiyi Ukrayna Beynəlxalq Fondundan (IFU) maliyyələşdiriləcək.

Qeyd edək ki, Almaniyada da Kiyevin tələb etdiyi “Taurus” uzaqmənzilli raketlərinin mümkün tədarükü ilə bağlı müzakirələr gedir.