Norveç 2022-ci ildə Rusiya-Ukrayna müharibəsindən təxminən 31,3 milyard dollar qazanıb.

İqtisadiyyat.az NRK-yə telekanalına istinadən xəbər verir ki, müharibə başlayandan sonra Rusiya qazının tədarükü azaldılıb və ya dayandırılıb.

Bu da xammalın qiymətlərini artırıb. Beləliklə, Norveç üçün öz qazının tədarükündən yaxşı pul qazanmaq imkanı yaranıb.