Nigeriyanın Katsina ştatında silahlı şəxslər 19 nəfəri qaçırıb.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, silahlı şəxslər Katsina əyalətinin Madoqara bölgəsinə basqın ediblər.

Silahlı basqında əksəriyyəti qadın olan 19 nəfər qaçırılıb.

Əlavə edək ki, Nigeriyada adam oğurluğu edam ilə cəzalandırılır, lakin ölkədə fidyə müqabilində adam oğurluğu adi haldır.

 

Gözəl Həşimova