Nigeriyanın Sokoto əyalətində diqanozu bəlli olmayan xəstəlik səbəbindən 3 uşaq dünyasını dəyişib, 127-si isə xəstəxanaya yerləşdirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nigeriyanın Sokoto əyalətinin qubernator müavini İdris Qobir məlumat verib.

Xəstəliyin səbəbini araşdırmaq üçün əraziyə ekspert qrupunun göndərildiyini qeyd edən Qobir, xəstəliyin yayılmasının qarşısını almaq üçün federal hökumətdən kömək istəyib.