Nigeriyada ölümcül olan və heyvanlardan insanlara keçə bilən Lassa qızdırması səbəbindən bu il ölənlərin sayı 181-ə yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) məlumat yayıb. 

Məlumata görə, ölkədə yanvar-sentyabr ayları arasında Lassa qızdırması epidemiyasının paytaxt Abuca ilə yanaşı 28 əyalətin 112 bölgəsində yayılmağa davam etdiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, bu dövrdə 1068 Lassa qızdırması aşkar edilib və epidemiya nəticəsində həyatını itirənlərin sayı 181-ə yüksəlib.

Nigeriya hökuməti fevralın əvvəlində Lassa qızdırması epidemiyasına görə "fövqəladə vəziyyət" elan edib.

2022-ci il yanvarın 1-dən noyabrın 20-dək ölkədə 989 nəfərə yoluxma aşkarlanıb, 178 nəfər ölüb.

Lassa qızdırması ilk dəfə Nigeriyada 1969-cu ildə ölkənin şimal-şərqindəki Borno əyalətində peyda olub.