Nigeriya Hərbi Hava Qüvvələri ölkənin şimal-qərbində silsilə zərbələr nəticəsində 100-dən çox yaraqlını məhv edib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nigeriya Müdafiə Nazirliyinin media departamentinin rəhbəri general-mayor Edvard Buba mətbuat konfransında bildirib.

"Əməliyyat bu yaxınlarda Niger və Zamfara əyalətləri arasındakı inzibati sərhəddə həyata keçirilib. Məqsədyönlü zərbələr bir sıra terror təşkilatlarının, o cümlədən Qərbi Afrikada İslam Dövləti qruplaşmasının bazalarına endirilib", - departament rəhbəri qeyd edib.