Nigeriya hökuməti 14 əyalətin difteriya epidemiyası riski altında olduğunu bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nigeriya Səhiyyə Nazirliyi məlumat yayıb. 

Nazirliyin daimi katibi Olufunsho Adebiyi açıqlamasında ölkədə yayılan difteriya epidemiyasının həyəcanverici olduğunu bildirib.

Adebiyi difteriya epidemiyası səbəbiylə 14 əyalətin 171 bölgəsinin risk altında olduğunu açıqlayıb.

Yanvar ayından bu yana ölkədə 1390 difteriya hadisəsi qeydə alındığını bildirən Adebiyi, bu insanların yalnız bir neçəsinin peyvənd olunduğunu qeyd edib.

Qeyd edək ki, Nigeriyada may-iyul aylarında difteriya epidemiyası səbəbindən 83 nəfər ölüb.

"Quş ayağı" olaraq da bilinən difteriya, "corynebacterium diphtheriae" adlı mikroorqanizmin boğaz, burun, göz və dəridə yerləşməsi zamanı meydana gəlir. Yoluxucu xəstəlik ölümlə nəticələnə bilər.