Nigeriyanın Kaduna əyalətində Zazzau Əmirliyinə aid 186 illik məscidin uçması nəticəsində 10 nəfər ölüb.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, bu barədə Zazzau əmiri Əhməd Nuhu Bamalli açıqlama yayıb.

Açıqlamaya görə, tarixi məscid dünən namaz zamanı uçub.

Bamalli qeyd edib ki, hadisə nəticəsində 10 nəfər ölüb, 7 nəfər yaralanıb.

Yaralıların xəstəxanaya yerləşdirildiyini deyən Bamalli çökmənin səbəblərinin araşdırıldığını bildirib.

Qeyd edək ki, Zazzau Əmirliyinə aid məscid 1835-1837-ci illər arasında dövrün əmiri Məhəmməd Bello tərəfindən tikilib.