Nigeriyanın iyulun 26-da hərbi çevriliş baş verən Nigerlə sərhədlərini bağlamasının bir həftə ərzində iqtisadiyyata 16,9 milyon dollar ziyan vurduğu bildirilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Arewa İqtisadi Forumunun sədri İbrahim Yahaya Dandakata məlumat verib.

O, Nigeriya-Niger sərhədlərinin bağlanmasının iqtisadi nəticələrinin tacirlər üçün dözülməz hala gəldiyini bildirib.

Sərhədlərin bağlanmasının bir həftə ərzində 16,9 milyon dollar itkiyə səbəb olduğunu qeyd edən Dandakata bildirib: "İki ölkə arasında xüsusilə tez xarab olan mallar üzrə ticarət adətən qeyri-rəsmi olur. Bütün sərhədlərin bağlanması qərarının nəticələri çox böyük oldu. Sərhədin bağlanması bu iki ölkə arasında davam edən kütləvi ticarətə zərər verəcək".

Dandakata hökuməti sərhədləri açmağa çağırıb. 

Qeyd edək ki, Nigeriya hökuməti avqustun 4-də hərbçilərin hakimiyyəti ələ keçirdiyi Nigerlə bütün sərhədlərini bağlayıb.