Nigerdə üsyançıların formalaşdırdığı hökumətin başçısı Əli Lamine Zeine Çad hakimiyyəti ilə siyasi dialoqun təşkili üçün məsləhətləşmələr aparır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Əl Ərəbiyyə" telekanalı bildirib.

Telekanalın məlumatına görə, Zeine Nigerdə milli dialoqun başlanması variantlarını müzakirə edir. Üsyançılar böhranın siyasi həllinə nail olmaq və bununla da Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) sanksiyalarından və hərbi müdaxiləsindən qaçmaq niyyətindədirlər.

Zeine çərşənbə axşamı Çada səfər edib və burada Çad müvəqqəti hökumətinin prezidenti Mahamat İdriss Debi Itno və baş nazir Saleh Kebzabo ilə danışıqlar aparıb. Debi çevrilişdən beş gün sonra Nigerə səfər edib və Nigeriyanın devrilmiş prezidenti Məhəmməd Bazum və üsyançıların lideri general Abdurahaman Çiani ilə görüşüb. Çad prezidenti daha sonra iyulun 30-da ECOWAS-ın hazırkı sədri Nigeriya prezidenti Bola Tinubu ilə görüşdükdən sonra yenidən Nigerə səfər edib.