Nigerdə ​​hakimiyyəti ələ keçirən üsyançılar BMT missiyalarına, beynəlxalq təşkilatlara və QHT-lərə əməliyyat zonalarında işləməyi qadağan edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, qadağan olunan bölgələrin adı hələ də açıqlanmayıb.

Əlavə edək ki, iyulun 26-da bir qrup Niger hərbiçisi qiyam qaldırıb və Prezident Məhəmməd Bazumu hakimiyyətdən kənarlaşdırıblar.

 

Gözəl Həşimova