Nigerdə ​​iyulun 26-da ordunun hakimiyyəti ələ keçirməsi ilə başlayan böhran getdikcə dərinləşir.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, hərbi çevrilişindən sonra region ölkələrinin və beynəlxalq ictimaiyyətin sanksiyaları qarşısında Niger iqtisadi dalana sürüklənir.

Ötən il Nigerə 131,6 milyon dollarlıq yardım paketi elan edən Fransa bütün inkişaf yardımlarını və büdcə dəstəyini dayandırıb. Almaniya 2021-ci ildə təsdiqlənmiş 120 milyon avro iki illik yardım paketini dayandırdığını açıqlayıb.

Təxminən 10 milyon insanın (ümumi əhalinin 41 faizi) həddindən artıq yoxsulluq içində yaşadığı Nigerdə ​​dövlət büdcəsinin 40 faizi xarici yardımdan ibarətdir.

Qeyd edək ki, Niger BMT-nin "2022-ci il İnsan İnkişafı İndeksi"ndə 191 ölkə arasında 189-cu yerdədir. Həminin dünyanın 7-ci ən böyük uran tədarükçüsü olan Niger  ən kasıb ölkələr siyahısında  7-ci yerdədir. BMT-nin məlumatına görə, Nigerdə ​​Burkina Faso, Mali və Nigeriyadan olan 255 min qaçqın var.

Gülşən Şərif