Nigerdə ​​hərbi xunta avqustun 6-da bağlanan hava məkanının kommersiya uçuşları üçün yenidən açıldığını bildirib.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, bu barədə Niger Nəqliyyat Nazirliyi məlumat yayıb. 

Məlumata görə, avqustun 6-da bağlanan hava məkanının bütün kommersiya uçuşları üçün yenidən açıldığı bildirilib. Nazirlikdən qadağanın götürülməsinin səbəbi ilə bağlı heç bir açıqlama verilməyib.

Xatırladaq ki, Qərbi Afrika Dövlətinin İqtisadi Birliyi (ECOWAS) xunta administrasiyasına Nigerin devrilmiş prezidenti Məhəmməd Bazumun azad edilməsi üçün vaxt vermiş və verilən vaxt bitdikdən sonra xunta hərbi müdaxilə təhlükəsini əsas gətirərək Niger hava məkanının bağlandığını elan etmişdi.