Niderland 25 il ərzində miqrantlara 400 milyard avrodan çox pul xərcləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Sərhədsiz Rifah Dövləti: İmmiqrasiyanın Dövlət Maliyyələrində Nəticələri” adlı məqalədə qeyd olunub.

Məlumata görə, hökumətin miqrant subsidiyaları son onilliklər ərzində orta hesabla illik 17 milyard avro təşkil edib. 2016-ci ildə Avropanın miqrant böhranı səbəbilə immiqrasiyaya yardım siyasəti 32 milyard avroya çatıb.

Bildirilib ki, Niderland hökumətinin miqrantlara maliyyə dəstəyi proqramları təhsil, səhiyyə, ədliyyə, sosial təminat və müavinətlərə ayrılan orta xərcləri əhəmiyyətli dərəcədə üstələyir.

1995-2019-cu illərdə ölkədə immiqrasiyanın ümumi dəyəri 430 milyard dollar olub. Statistik məlumatlara görə, heç bir tədbir görülməsə, növbəti 20 ildə bu rəqəmin 600 milyard avroya çata biləcəyi təxmin edilir.

 

Gözəl Həşimova