"İsrail ordusu Qəzza zolağı üzərində daimi nəzarəti saxlamalı və onu kənar qüvvələrə təslim etməməlidir". 

İqtisadiyyat.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu Qəzzaya yaxın ərazidə yerləşən bələdiyyələrin rəhbərləri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, sərhədyanı ərazilərdə yerli hakimiyyət baş nazirdən İsrail qüvvələrinin hazırkı hərbi əməliyyatı başa çatdıqdan sonra Qəzza zolağında nələrin baş verəcəyi ilə bağlı aydınlıq tələb edib. "İsrail Müdafiə Qüvvələri sektor üzərində nəzarəti saxlayacaq, biz onu xarici qüvvələrə təhvil verməyəcəyik", - deyə Netanyahu cavab verib.

Netanyahu yerli şuraların rəhbərlərinə deyib ki, İsrail Qəzza zolağında təhlükəsizlik nəzarətini, o cümlədən tam demilitarizasiya prosesini həyata keçirəcək, bundan sonra Qəzzadan İsrail vətəndaşlarına təhdid formalaşdıran heç bir hərbi əməliyyat olmayacaq.