"İsrail Qəzza zolağında tam qələbəyə qədər mübarizəni davam etdirəcək".

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri yanvarın 22-də Qəzzada gedən döyüşlərdə 21 hərbçinin ölümündən sonra Baş nazir Benyamin Netanyahu deyib.

Onun sözlərinə görə, İsrail Müdafiə Qüvvələri toqquşma ilə bağlı araşdırmaya başlayıb:

"Dünən biz müharibə başlayandan bəri ən ağır günlərdən birini yaşadıq. Biz lazımi dərsləri öyrənməli və əsgərlərimizin həyatını xilas etmək üçün hər şeyi etməliyik".

 

Gözəl Həşimova