"HƏMAS-ı məğlub etdikdən sonra İsrail Qəzzanı fəth etmək və ya idarə etmək niyyətində deyil, lakin lazım gələrsə, yaraqlıların təhlükəsinin qarşısını almaq üçün "etibarlı qüvvələr" anklava daxil olmalıdır". 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu məlumat verib.

"Biz Qəzzanı işğal etməyə, Qəzzanı fəth etməyə, Qəzzanı idarə etməyə çalışmırıq", - o, Netanyahu "Fox News"a müsahibəsində deyib. 

"Məncə Qəzzanın gələcəyinin necə olacağı aydındır. Bu döyüşün sonunda HƏMAS olmayacaq, biz HƏMAS-ı təkcə özümüz üçün yox, hamı naminə, sivilizasiya naminə, fələstinlilər və israillilər naminə məhv edəcəyik. Biz Qəzzanın demilitarizasiyasını, deradikalizasiyasını və yenidən qurulmasını görməliyik və bütün bunlara nail olmaq olar", - Netanyahu qeyd edib.

Bununla bərabər, BBC xəbər verir ki, Netanyahunun qeyri-müəyyən müddətə Qəzzanın təhlükəsizliyinə İsrailin cavabdeh olacağı barədə açıqlaması İsrailin əsas müttəfiqi ABŞ-nin mənfi reaksiyasına səbəb olub.

Vaşinqton Qəzzanın müharibədən sonra işğalına qarşı çıxıb və anklavın fələstinlilər tərəfindən idarə edilməli olduğunu bəyan edib.